Fransa millisinin futbolçuları Didye Deşamın məşqçilik fəaliyyətindən yorulub və yığmaya Zinəddin Zidanın rəhbərlik etməsini istəyirlər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Romena Molina məlumat yayıb.

Futbolçuların fikrinə baxmayaraq, Fransa Futbol Federasiyası Deşama güvənir və ondan komandanı 2026-cı il dünya çempionatına aparacağını gözləyir. Bu baxımdan Zidanın qarşıdan gələn dünya çempionatına qədər Fransa millisinə rəhbərlik edə bilməyəcəyi vurğulanır.

Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisi vəzifəsində çalışır. Onun rəhbərliyi altında fransızlar 2018-ci il dünya çempionatının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest