"Real"ın məşqçilər korpusu və futbolçuları komandanın son nəticələri ilə bağlı iclas keçirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, Madrid klubunda görüş gərgin keçib. Komandanın oyunçularına statistik məlumatlar təqdim olunub ki, bu da onların heç də hamısının meydanda lazım olan performansı göstərmədiyini sübut edib.

Bəzi oyunçular statistik göstəriciləri gördükdə təəccüblərini gizlədə bilməyiblər. Lakin bəziləri də yanaşmalarını dəyişməli olduqlarını qəbul etməyib.

Görüş zamanı baş məşqçisi Karlo Ançelottinin isə özünü həmişəkindən daha aqressiv apardığı qeyd edilib.

Bununla belə, görüşün nəticələri müsbət qiymətləndirilib. Xüsusilə, bir çox oyunçusu fiziki hazırlığını artırmalı olduğunu qəbul edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest