Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun açılış oyununda “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Matc.az xəbər verir ki, məsələnin ilk qəribə tərəfi Ayxan Abbasovun komandasının oyuna iş günü çıxmasıdı.
“Səbail”in futbolçusu Adi Mehremiç cəzalandırılıb. Matc.az xəbər verir ki, AFFA İntizam Komitəsi onunla bağlı qərarı açıqlayıb. Premyer Liqanın XXX turunda “Kəpəz”lə qarşılaşmanın 90+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan oyunçuya 2-si şərti olmaqla 4 oyunluq cəza verilib.
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXX turunun 2 oyunu ilə bağlı cəzaları açıqlayıb. Matc.az xəbər verir ki, “Zirə” ilə ev görüşünün 52-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilən “Sumqayıt” 1500 manat cərimələnib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.