"Dünya çempionatınadək güclənəcək" - yığmanın baş məşqçisi
"Komandamızın liderləri - kapitan Cəbrayıl Həsənov və Hacı Əliyev 3-cü dəfə Avropa çempionu oldu. Şərif Şərifov isə dünya çempionatı və Olimpiadadan sonra qitə birinciliyində də "qızıl" qazanaraq medal kolleksiyasını tamamladı".



























