08 Mart 2020, 18:17
MPL
Oyunda vurulan 3-cü top mövsümdə 200-cü olub. Bu qola qonaqların futbolçusu Ağabala Ramazanov imza atıb.
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 200-cü qolu vurulub. Matc.az xəbər verir ki, bu, 20-ci turun "Səbail" – "Zirə" (1:3) qarşılaşmasına təsadüf edib.
Oyunda vurulan 3-cü top mövsümdə 200-cü olub. Bu qola qonaqların futbolçusu Ağabala Ramazanov imza atıb.
Qeyd edək ki, mövsümdə ilk qolu 1-ci turun 2019-cu il avqustun 16-da keçirilən "Keşlə" – "Qarabağ" görüşündə (0:1) qonaqların futbolçusu İsmayıl İbrahimli, 100-cü topu isə 11-ci turun noyabrın 10-dakı "Sabah" – "Sumqayıt" matçında (1:3) Əmir Ağayev vurub.