"Modriç "Qızıl top"u qazananda çox sevindim. Mənim mövqeyimdə oynayan oyunçudur. O və Toni Kroos "Real"da əla iş görürlər"

Bu gün "Etihad"da "Mançester Siti" və "Real Madrid" arasında çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu olacaq. Matc.az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi İlkay Gündoğan "Daily Mail"ə açıqlamasında rəqib haqda danışarkən bu mövsüm də yüksək səviyyədə çıxış edən Luka Modriçi xüsusi qeyd edib.
 
Almaniya millisinin üzvü xorvatiyalıdan çəkindiyini gizlətməyib: "Luka sehrbazdır. Onun çempionlar Liqasının son oyunundakı çıxışı məni heyran etdi. Onun oyunu... O, həmişə sakit və rahat görünür. Modriç "Qızıl top"u qazananda çox sevindim. Mənim mövqeyimdə oynayan oyunçudur. O və Toni Kroos "Real"da əla iş görürlər. Onlar illərdir müxtəlif məşqçilərin rəhbərliyi altında daim vacib oyunçular olublar.
 
"Real" PSJ-ni, sonra isə "çelsi"ni məğlub edib. Bu, onların bu mövsüm nə qədər güclü olduğunu göstərir. Amma biz nəyə qadir olduğumuzu da bilirik. Hər zaman qələbə ilə başlamaq vacibdir. "Santyaqo Bernabeu"ya hesabda geri qalmaq istəmirik. Biz o stadionda nələrin baş verə biləcəyini bilirik. Bütün matç bir saniyədə alt-üst ola bilər".
 
"Mançester Siti" - "Real Madrid" oyunu çərşənbə axşamı saat 23:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest