"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının ilk yarımfinal matçında "Real"a 4:3 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola çempionlar Liqasının ilk yarımfinal matçında "Real"a 4:3 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, ispaniyalı məşqçi hər iki komandanın fantastik oyun nümayiş etdirdiyini söyləyib:
 
"Hər iki komandanın fantastik oyunu oldu. çox fürsət əldə etdik. Təəssüf ki, qol buraxdıq və daha çox qol vura bilərdik. İnanılmaz komandaya qarşı əla oyun keçirdik. "Real" böyük təzyiq göstərdi və çox gərgin oynadı. Amma biz özümüzlə fəxr edə bilərik. Madridə qələbə əhval-ruhiyyəsi ilə gedəcəyik.
 
Bu gün həm topla, həm də topsuz yaxşı oynadıq. Futbolçulardan daha çox şey istəmək çətindir. Hər iki komanda hücum etmək, oynamaq istəyir. Karlo Ançelotti və onun komandasını təbrik edirəm. "Real" həmişə təhlükəlidir, lakin biz onlarla bu səviyyədə mübarizə apara biləcəyimizi gördük".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest