"Real"ın baş məşqçisi Karlo Ançelotti çempionlar Liqasının ilk yarımfinal oyununda "Mançester Siti"yə uduzduqdan (3:4) sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında qarşılaşmanın fantastik alındığını deyib:
 
"Azarkeşlərin nöqteyi-nəzərindən bu, fantastik futbol idi. Amma "Real"ın baş məşqçisi kimi nəzərə almalıyam ki, ilk iki qolu çox tez buraxdıq. Bütövlükdə dörd qol buraxdığımızı nəzərə alsaq, bizim üçün pis nəticə oldu. "Real" müdafiədə pis oynadı. Futbolçularımız rəqibə çox imkan verirdilər. Yaxşı ki, cütün qalibini müəyyən etmək üçün cavab oyunu var. "Mançester Siti" çox güclü komandadır, bunu sübut etdilər. çempionlar Liqasının finalına yüksəlməyin açarı müdafiədə yaxşı oyundur. İstənilən halda biz finala çıxmağa ümid edirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest