"Vilyarreal"ın baş məşqçisi Unay Emeri çempionlar Liqasında "Liverpul"a uduzduqları (0:2) ilk yarımfinal oyunu haqda fikirlərini bölüşüb. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, cavab oyunu üçün bəzi variantları olduğunu deyib:
 
"Yarımfinalda "Liverpul" kimi güclü rəqiblə qarşılaşsaz, əla formada olmalısız. Qalib gəlmək, oyuna nəzarəti ələ keçirmək istəyirdik, amma imkan vermədilər. Oyunda yaxşı müqavimət göstərdik. Cavab matçında əlimizdən gələnin ən yaxşısını müdafiədə etməliyik. Bəzi variantlar var. İspaniyada hər şey tamam fərqli olacaq. Biz rəqibi güc baxımından sınayacağıq.
 
İlk hissədə yaxşı müdafiə olunduq, amma əks-hücumlar üçün praktiki olaraq imkanlarımız yox idi. Eyni sözləri ikinci yarı haqqında da demək olar. Rəqin bu qollara layiq idi. Bu, bizim üçün pis nəticədir, lakin evdə daha yaxşı oynamağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest