UEFA çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, rəmzi komandaya "Liverpul"dan 7, "Mançester Siti"dən 3, "Real"dan isə 1 futbolçu düşüb:
 
Qapıçı: Alison Bekker ("Liverpul");
 
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Dayk, İbrahima Konate, Endryu Robertson (hamısı "Liverpul");
 
Yarımmüdafiəçilər: Tyaqo Alkantara, Sadio Mane (hər ikisi "Liverpul"), Kevin De Bruyne, Bernardo Silva, Fil Foden (hər üçü "Mançester Siti");
 
Hücumçu: Kərim Benzema ("Real").
 
Yarımfinalın ilk qarşılaşmalarında "Mançester Siti" evdə "Real"a 4:3, "Liverpul" isə "Vilyarreal"a 2:0 hesabı ilə qalib gəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest