04 May 2022, 09:22
ÇEMPİONLAR LİQASI
"Həqiqətən də hər şey möhtəşəm idi. Önəmli olan futbolçuların meydanda baş verənlərə necə reaksiya verməsidir"
"İlk yarıda nəyin səhv olduğunu bilirdik. İkinci hissədə daha yaxşı oynayacağımızın fərqində idim, qol vurmalı idik. Həqiqətən də hər şey möhtəşəm idi. önəmli olan futbolçuların meydanda baş verənlərə necə reaksiya verməsidir. Sadəcə, ilk hissədə kifayət qədər çevik olmadıq". Matc.az xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib.
çempionlar Liqasının yarımfinalında "Vilyareal"la cavab oyunu haqda danışan almaniyalı çalışdırıcı rəqibə təşəkkür edib: "Vilyarreal"a əhsən. Stadion, komanda, məşqçi - onların etdikləri inanılmazdır. Oyunboyu bizə təzyiq edildi. Fasilə zamanı futbolçulara dedim ki, ikinci hissədə daha yaxşı oynamaq lazımdır. Uşaqlara azad zonalar axtarmasını tapşırdım. Dedim ki, daha çevik oynasınlar".
Qeyd edək ki, ilk yarıda 0:2 hesabı ilə məğlub olan "Liverpul" fasilədən sonra üç qol vuraraq qalib gəlib.