Bu gün futbol üzrə UEFA çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Matc.az xəbər verir, ilk oyun günündə 7 matç keçirilib.

Azərbaycan çempionu "Qarabağ" Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matç Ağdam klubunun qələbəsiylə başa çatıb.

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) isə Xorvatiyada Şimali Makedoniyanın "Şkupi" komandası ilə qarşılaşıb. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib. Azərbaycan yığmasının üzvü zədə səbəbindən bu oyunun iştirakçısı olmayıb.

UEFA çempionlar Liqası
II təsnifat mərhələsinin ilk oyunları
19 iyul

Qarabağ (Azərbaycan) – Sürix (İsveçrə) 3:2

Pünik (Ermənistan) – Düdelanj (Lüksemburq) 0:1

Jalgiris (Litva) – Malmö (İsveç) 1:0

Ludoqorets (Bolqarıstan) – Şemrok Rovers (İrlandiya) 3:0

Midtyulland (Danimarka) – AEK (Larnaka, Kipr) 1:1

Linfild (Şimali İrlandiya) – Bodo Qlimt (Norveç) 1:0

Dinamo (Zaqreb, Xorvatiya) – Şkupi (Şimali Makedoniya) 2:2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest