Avropada 2022/23 mövsümü üzrə davam edən ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu "Qarabağ" da yer alıb.
 
Ağdam klubu qələbə sayına görə Avropanın ən yaxşı göstəriciyə malik üç komandasından biridir. Bu mövsüm çempionatda məğlubiyyət üzü görməyən Qurban Qurbanovun kollektivi keçirdiyi 17 oyundan 15-də qalib gəlib. Ağdam təmsilçisi eyni statistikaya malik Belçika "Genk"i ilə 2-3-cü yerləri bölüşdürür.
 
Siyahıya Serbiya klubu "Srvena Zvezda" başçılıq edir. "Qırmızı-ağlar" Serbiya Super Liqasında keçirdiyi 19 qarşılaşmanın 17-də rəqiblərini məğlub edib.
 
1. "Srvena Zvezda" (Serbiya) – 19 oyun / 17 qələbə
 
2. "Qarabağ" (Azərbaycan) – 17 / 15
 
3. "Genk" (Belçika) – 17 / 15
 
4. "Olimpiya" (Sloveniya) – 20 / 15
 
5. "Urartu" (Ermənistan) – 20 / 15
 
6. "Seltik" (Şotlandiya) – 15 / 14
 
7. "Düdelanj" (Lüksemburq) – 15 / 14
 
8. çSKA (Sofiya, Bolqarıstan) – 18 / 14
 
9. "Larne" (Şimali İrlandiya) – 19 / 14

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest