"İlk növbədə, 2021-ci ildəki finalın ssenarisinin təkrarlanmasına imkan verməməliyik". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin müdafiəçisi Con Stounz deyib.

Komandasının çempionlar Liqasının finalında "İnter"lə oyunu ilə bağlı gözləntilərini bölüşən futbolçu öncə iki il əvvəlki - "Mançester Siti" "çelsi" görüşünü xatırlayıb.

"Həmin görüşdə 0:1 hesabı ilə uduzdu. Heç vaxt olmadığımız bir vəziyyətə düşdük. Bu vəziyyətdə nə edəcəyini başa düşmək çətin idi. Həmin görüşdə məğlubiyyət çox çətin oldu. Bizə ağır zərbə vurdu. Bu, əbədi olaraq, ürəyində qalan ən güclü hisslərdən biridir və siz bunu bir daha yaşamaq istəmirsiniz. İndi biz daha sakit və daha inamlıyıq. Biz özümüzə və artıq əldə etdiklərimizə, üslubumuza inanmalıyıq".

Qeyd edək ki, çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest