Amerikalı basketbolçu Donta Hall Azərbaycan vətəndaşlığını alıb. Matc.az saytı xəbər verir ki, 26 yaşlı tanınmış idmançı artıq millimizə çağırıla bilər.
 
NBA və Avroliqa komandalarının marağına baxmayaraq, o, "Monako"da qalmaq qərarına gəlib. 
 
Avropanın ən yaxşı uzunboylu basketbolçularından biri sayılan 208 sm boya malik idmançı Knyazlıq klubunun heyətində artıq Azərbaycan təmsilçisi kimi çıxış edəcək. 
 
Hall bu il Avroliqada orta hesabla 7,5 xal, 5,5 ribaund və 0,9 blok toplayıb.
 
Qeyd edək ki, əvvəllər Ceysi Kerroll də Azərbaycan vətəndaşlığını alıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest