"Real”ın yarımmüdafiəçisi Cud Bellinqhem məşqdə zədələnərək oranı erkən tərk edib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İndi 16 oyunda 15 qolla komandanın cari mövsümün bombardiri olan ingilis şənbə günü “Qranada” ilə dueldə oynaması şübhə altındadır. Bellinqhem məşqin başlamasından 10 dəqiqə sonra məşq meydanını tərk edib. Sonra qaçıb geri qayıtmağa çalışıb. Amma alınmayıb. Daha sonra ingilis paltardəyişmə otağına gedib. Zədə Bellinqhemin çiynində yaşadığı problemlə əlaqəli deyil . Bu dəfə ayağın əzələ zədəsidir. Hazırda “Real”ın xəstəxanada səkkiz nəfəri var. Bellinqhem isə doqquzuncu olmaq ehtimalındadır.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest