12 Fevral 2024, 10:01
FUTBOL
“Bavariya” 29 ildən sonra ilk dəfə qol şansı yaratmadığı bir oyun keçirib. Matc.az xəbər verir ki, bu, Bundesliqanın XXI turunda “Bayer”lə oyuna təsadüf edib.
Tomas Tuxelin yetirmələri 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmada bir dəfə də olsun rəqib qapıçısını narahat edə bilməyib. Münhen təmsilçisi sonuncu dəfə 1995-ci il noyabrın 10-da bu halla üzləşmişdi. Həmin vaxt komanda “Hanza” ilə qolsuz bərabərə qalıb.
Qeyd edək ki, “Bavariya” 50 xalla Bundesliqada turnir cədvəlinin 2-ci pilləsindədi.