“Aston Villa” İngiltərə Premyer Liqasının XXIV turunda “Mançester Yunayted”lə qarşılaşıb. Matc.az xəbər verir ki, qarşılaşma Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri üçün əlamətdar olub.

Belə ki, ispaniyalı mütəxəssis İngiltərə çempionatında 100-cü matçını keçirib. Lakin yubiley qarşılaşması Emeri üçün uğursuz alınıb. Komanda öz meydanında 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Aston Villa” hazırda 46 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest