Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah”la heç-heçə edən “Qarabağ”ın uğurlu seriyası qırılıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi çempionatda 10 oyundan sonra ilk dəfə büdrəyib.

Qurban Qurbanovun kollektivi buna qədər keçirdiyi 10 qarşılaşmanın hamısında qələbə qazanmışdı. Premyer Liqanın liderini axırıncı dəfə oktyabrın 30-da “Araz-Naxçıvan” büdrətmişdi. XI tura təsadüf edən matçda Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.

Həmin vaxtdan bəri “Qarabağ” çempionatda ardıcıl olaraq “Kəpəz” (7:1), “Səbail” (3:1), “Sabah” (2:1), “Qəbələ” (3:0), “Sumqayıt” (6:1), “Neftçi” (2:0), “Zirə” (1:0), “Araz-Naxçıvan” (3:1), “Kəpəz” (2:1) və “Səbail”ə (2:1) qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” hazırda 51 xalla Premyer Liqaya liderlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest