12 Fevral 2024, 15:47
FUTBOL
“Sabah”ı yenidən rusiyalı məşqçi çalışdıra bilər. Matc.az “Sport-Express” nəşrinə istinadən xəbər verir ki, Bakı klubu Aleksandr Kerjakovun xidmətində maraqlıdı.
Hətta 41 yaşlı mütəxəssislə danışıq aparıldığı da vurğulanıb. Onunla Özbəkistanın bir klubu da maraqlanır. Kerjakov isə ölkə xaricindən təklif aldığını gizlətməyib.
Onun son komandası ötən ilin noyabrında istefaya göndərildiyi Serbiya “Spartak”ı olub.
Qeyd edək ki, “Sabah” Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ”a 1:7 hesabı ilə məğlub olduğu oyundan sonra Murad Musayevi istefaya göndərib.