12 Fevral 2024, 17:32
FUTBOL
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024 öncəsi qapıçılarla bağlı durumdan narahatdı. Matc.az xəbər verir ki, mütəxəssis, xüsusən də, “Arsenal”da ehtiyatda qalan Aaron Ramsdeyldən narazılığını bildirib.
Sautqeyt qolkiperi Avropa çempionatına aparmayacaqlarına işarə vurub: “Ramsdeyl, Sem Conston oynamır, Nik Pope zədəlidi. “Reyncers”dən Cek Batlendi milliyə çağıra bilərik. Vəziyyət bu cür davam edərsə, Ramsdeyl Avropa çempionatından kənarda qala bilər”.
Qeyd edək ki, Aaron Ramsdeyl “Arsenal”da Devid Raya ilə rəqabətdə uduzur. O, sentyabrdan bəri cəmi 6 oyun keçirib.