"Barselona"nın baş məşqçisi Xavi Ernandes mövsümün sonuna qədər komandanı vaxtından əvvəl tərk edə bilər.
 
Matc.az xəbər verir ki, Çempionlar Liqasının ilk oyununda "Napoli"yə qarşı məğlubiyyət Xavini qovulmaq təhlükəsi ilə üz-üzə qoyacaq. O, istefaya göndərilərsə, Rafael Markes "Barselona"nın yeni baş məşqçisi ola bilər.
 
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" və "Barselona" arasında ilk oyunu fevralın 22-də Bakı vaxtı saat 00:00-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest