Andre Şinyaşiki 2 həftə “Neftçi”nin məqşlərindən kənarda qalacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Keçirilən müayinədən sonra braziliyalı futbolçunun baldır əzələlərində gərilmə olduğu müəyyənləşib. O, Azərbaycan kubokunun 1/4 finalının “Sumqayıt”la cavab matçında zədələnib. Həmin qarşılaşmadan əvvəl keçirilən son məşqdə zədələnən Eddi İsrafilov isə 1 həftə istirahət edəcək.

Qeyd edək ki, “Neftçi” sabah Azərbaycan Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest