12 Fevral 2024, 21:00
FUTBOL
Azərbaycan yığmasının futbolçusu Türkiyə Superliqasında uduzub.
Matc.az xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” səfərdə “Trabzonspor”a məğlub olub.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Renatın komandası 3 oyundan sonra məğlubiyyət acısı yaşayıb. Bu görüşdə Dadaşov meydana sonradan daxil olub. O, 74-cü dəqiqədə Halil Dervişoğlunu əvəz edib.
Qeyd edək ki, “Hatayspor” 25 turdan sonra 28 xalla 12-ci pillədə qərarlaşıb.