13 Fevral 2024, 09:28
FUTBOL
“Porto”nun hücumçusu Mehdi Tareminin “İnter”ə keçəcəyi dəqiqləşib. Matc.az xəbər verir ki, razılığa əsasən, İran millisinin üzvü bu ilin yayında “neradzurra”nın formasını geyinəcək.
31 yaşlı forvard milanlılarla 2,5 illik müqavilə bağlayacaq. Futbolçunun performansına görə, anlaşma daha bir il uzadıla bilər. Taremi İtaliya klubuna azad agent kimi keçəcək. Onun “Porto” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Mehdi Taremi bu mövsüm Portuqaliya klubunun heyətində 24 oyun keçirib, 6 qol vurub, 4 assistlə yadda qalıb.