“Sabah” Aleksandrın özünü sınamasına dəyəcək klubdu”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela “championat.com” saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis gənc həmkarı Aleksandr Kerjakovun “Sabah”ın baş məşqçi postuna namizəd göstərilməsinə münasibət bildirib. O, Kerjakovun Azərbaycanda çalışmasına müsbət yanaşır: “Bu, məşqçi işidi. Klubun harada məskunlaşmasının fərqi yoxdu. Kerjakov perspektivli məşqçidi”.

Qeyd edək ki, “Sabah” Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ”a 1:7 hesabı ilə məğlub olduğu oyundan sonra rusiyalı baş məşqçisi Murad Musayevi istefaya göndərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest