13 Fevral 2024, 10:01
FUTBOL
“Aston Villa” yarımmüdafiəçisi Leon Beyli ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Premyer Liqa klubu Yamayka millisinin üzvü ilə müqaviləni yeniləyib.
Lakin sözləşmənin müddəti barədə hələ açıqlama verilməyib. 26 yaşlı vinger 2021-ci ildən Birmingem təmsilçisinin şərəfini qoruyur.
Qeyd edək ki, Leon Beyli “Aston Villa”nın heyətində ümumilikdə 87 oyunda 16 qol vurub.