Bu gün Avropa Liqasında pley-off mərhələsi start götürüb. Matc.az saytının məlumatına görə, turnirdə yoluna davam edən Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.

Qurban Qurbanovun yetirmələri ilk görüşü səfərdə Portuqaliya “Braqa”sına qarşı keçirib. Görüş təmsilçimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
15 fevral

“Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) 2:4 
Qol: 
Banza, 44, Moutinyo, 90+1 - Yankoviç, 21 (p), Zubir, 54,69,  Juninyo, 65

Braqa, “Estadio Municipal de Braga”. Baş hakim: Morten Kroq (Danimarka)

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo
Baş məşqçi: Artur Jorje

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov.
 

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest