15 Fevral 2024, 09:33
FUTBOL
Minifutbol üzrə Azərbaycan çempionatında X tur başa çatıb. Matc.az xəbər verir ki, ikinci gündə daha 4 görüş olub.
“Zirə” “Abşeron”u üstələyərək, çempionatda ardıcıl 10-cu qələbəsini qazanıb və itkisiz yoluna davam edib. Son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”nu məğlub edərək ikinci sıraya yüksəlib.
Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Turan” “Dinamo Gəncə”yə (4:3), “Aznur” “Baku Fire”yə (4:3), “Sumqayıt” “Atəşgah Suraxanı”ya (8:2) qalib gəlib, “Siyəzən”lə “Galaxy Baku” heç-heçə (2:2) ediblər.
Azərbaycan çempionatı
X tur
“Abşeron” – “Zirə” 0:3
“İnter” – “Real Bakı” 3:3
“Birbaşa Bakı” – “Odlar Yurdu” 4:1
“Dirçəliş” – “Veteran” 1:4