“Barselona” baş məşqçi axtarışını davam etdirir. Matc.az xəbər verir ki, İspaniya nəhənginın siyahısına daha bir mütəxəssis əlavə olunub.

Kataloniyalılar bu dəfə “Brayton”un çalışdırıcısı Roberto De Zerbinin təyinatını nəzərdən keçirir. 44 yaşlı italiyalının meneceri artıq “Barelona”nın idman direktoru Deko ilə bu barədə görüş keçirib. Ancaq danışıqların davam etməsi qərara alınıb.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi Ernandes yayda klubu tərk edəcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest