Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Braqa” heyətlə bağlı problemlər yaşayır. Matc.az xəbər verir ki, Portuqaliya klubunda daha bir futbolçu sıradan çıxıb.

Daha əvvəl Adrian Marin və Brumanın bugünkü qarşılaşmada iştirak etməyəcəyi dəqiq idi. İndi də kapitan Rikardo Orta zədədən əziyyət çəkir. 29 yaşlı hücumçu fiziki cəhətdən problem yaşadığı üçün dünən mətbuat üçün açıq olan məşqə qatılmayıb. Orta zalda fiziki hazırlıqla məşğul olub.

Onun meydana çıxıb-çıxmayacağına oyun saatında aydınlıq gələcək. Əvəzində zədəsini sağaldan türkiyəli müdafiəçi Sərdar Saatçı məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, Braqada keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest