“Nyukasl”ın müdafiəçisi Emil Kraftla bağlı söz-söhbətə son qoyulub. Matc.az xəbər verir ki, bir neçə nəhəng klubun maraq dairəsində olan İsveç millisinin futbolçusu hazırkı komandasında qalmaq qərarına gəlib.

29 yaşlı arxa xətt oyunçusu “sağsağanlar”la sözləşməsini yeniləyib. Kraft artıq 2025-ci ilin yayına qədər Premyer Liqa təmsilçisinə məxsusdu. 2019-cu ilin yayında “Amyen”dən “Nyukasl”a keçən Kraft bu müddət ərzində 73 oyuna çıxıb.

Qeyd edək ki, Emil Kraftın formasını geyindiyi İsveç Millətlər Liqasının yeni mövsümündə C Liqasının 1-ci qrupunda Azərbaycan millisi ilə eyni qrupda yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest