15 Fevral 2024, 11:22
FUTBOL
Çempionlar Liqasının 1/8 finalında “Real Sosyedad”la keçirilən oyun PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Matc.az xəbər verir ki, fransalı forvard yeni rekorda imza atıb.
Çempionlar Liqasının 1/8 finalında “Real Sosyedad”la keçirilən oyun PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Matc.az xəbər verir ki, fransalı forvard yeni rekorda imza atıb.
Ulduz futbolçu komandasının 2:0 hesablı qələbəsinə 1 qolla töhfə verib. Bununla Mbappe turnir çərçivəsində start heyətində meydana çıxdığı ardıcıl 10 ev matçında fərqlənməyi bacaran ilk oyunçu kimi tarixə düşüb.
Fransalı millisinin üzvü ÇL-də ümumilikdə 68 oyun keçirib, 44 qol, 26 assistlə yadda qalıb.