“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo penaltilər istisna olmaqla, karyerasında qolların sayını 713-ə çatdırıb. Matc.az xəbər verir ki, portuqaliyalı superulduz Asiya Çempionlar Liqasının 1/8 mərhələsində “Əl-Feyxa” ilə oyunda da fərqlənib.

Məhz onun yeganə qolu “Əl-Nəsr”ə 1:0 hesablı səfər qələbəsi qazandırıb. 39 yaşlı forvard bununla “İnter Mayami”nin hücumçusu Lionel Messiyə çatıb. Hər ikisi penaltisiz 713 qol vurub. Argentinalı hər 121, portuqaliyalı isə hər 138 dəqiqədən bir bunu reallaşdırıb.

Ronaldo həm də klub səviyyəsində 1000-ci oyununu keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest