“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının Avropa Liqasındakı perspektivlərini dəyərləndirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis turnirin qalibi olmaq arzusunda olduqlarını gizlətməyib:

“Avrokuboklarda matçlar həmişə çətin olur. “Renn”i öyrənmək üçün çox vaxtımız var idi. Şaquli futbolu yaxşı oynayan mütəşəkkil komandadılar. Təbii ki, Çempionlar Liqası daha səviyyəlidi. Amma Avropa Liqasının iştirakçılarına nəzər salsanız, burada təkcə “Bayer” yox, “Liverpul” və digər top-komandaların olduğunu görərsiniz. “Milan”ın heç vaxt Avropa Liqasını qazana bilməməsi bizə əlavə motivasiya verir”.

Qeyd edək ki, “Milan” Avropa Liqasının pley-off mərhələsində “Renn”lə qarşılaşacaq. Komandalar arasında ilk görüş bu gün İtaliyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest