“Benfika”nın yarımmüdafiəçisi Joao Neveş mövsümün sonunda Avropanın Top-klublarından birinə keçə bilər. Matc.az xəbər verir ki, 18 yaşlı orta sahə oyunçusu uğrunda mübarizə artıq qızışır.

İndidən PSJ, “Mançester Siti” və “Mançester Yunayted” arasında ciddi mübarizə başlayıb. Onların nümayəndələri yaxın vaxtlarda gənc futbolçunu almaq üçün “Benfika” rəhbərliyinə təklif irəli sürəcək.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Joao Neveşin Lissabon təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest