15 Fevral 2024, 13:36
FUTBOL
FİFA milli komandaların növbəti reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının da mövqeyi müəyyənləşib.
Komandamız son reytinqlə müqayisədə 1 pillə irəliləyib. 1174 xala malik milli 113-cü pilləyə yüksəlib.
Qardaş ölkə Türkiyə yığması 2 addım irəliləyib. “Ay-ulduzlular” 1505 xalla 37-cidi.
Reytinqə Argentina yığması (1855) başçılıq edir. Fransa (1845) ikinci, İngiltərə (1800) isə üçüncü yerdədi.