15 Fevral 2024, 14:17
FUTBOL
“Bavariya” “Barselona”nın müdafiəçisi Ronald Arauxodan əl çəkmir. Matc.az xəbər verir ki, Almaniya nəhəngi 24 yaşlı futbolçunun transferi üçün növbəti təkliflə çıxış edib.
Münhenlilər bu dəfə 75 milyon avroluq ödənişə hazır olduğunu bildirib. Lakin kataloniyalılar Uruqvay millisinin mərkəz müdafiəçisinin daha dəyərli olduğunu düşünərək, təklifi rədd edib.
Qeyd edək ki, Ronald Arauxonun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimidi.