“Everton”un mərkəz müdafiəçisi Cerred Brentueyt mövsümün sonunda komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu artıq bir təklif alıb.

Konkret olaraq “Mançester Yunayted” onun transferində əsas favorit sayılır. Çünki “qırmızı şeytanlar”ın nümayəndələri futbolçunu almaq üçün qarşı tərəfə təklif göndərib. İngilis müdafiəçi “Çelsi”, “Real” və “Arsenal”ın da gündəmindədi.

Qeyd edək ki, Cerred Brentueyt 2020-ci ildən “Everton”da çıxış edir. Onun liverpullularla sözləşməsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest