“Yuventus” yayda heyətində bəzi dəyişikliklər edəcək. Matc.az xəbər verir ki, İtaliya klubu yollarını ayıracağı iki futbolçunu artıq müəyyənləşdirib.

Turin təmsilçisi hücumçuları Federiko Kyeza və Filip Kostiçin xidmətində artıq maraqlı deyil. “Qoca sinyora” hər iki ön xətt oyunçusunu mövsümün sonunda satmağa hazırdı.

Qeyd edək ki, bu mövsüm Kyeza 20 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə verib, Kostiç isə 23 görüşdə 4 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest