15 Fevral 2024, 17:25
FUTBOL
“Yuventus”, “Çelsi” və “Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte həmkarı Pep Qvardiolanın məşqçilik istedadı ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, “Mançester Siti”nin çalışdırıcısını ən yaxşı hesab edir:
“Pepin baş məşqçi olduğu komandalara qarşı mübarizə aparmaq asan deyil. Qvardiola dünyanın ən yaxşı məşqçisidi. “Mançester Siti” də dünyanın zirvəsində qalmaq istəyir. Belə bir komandada çalışmaq çox çətindi”.
Qeyd edək ki, Antonio Konte son iş yeri olan “Tottenhem”dən ötən il ayrılıb.