15 Fevral 2024, 17:52
FUTBOL
“Real”ın yarımmüdafiəçisi Luka Modriç yayda Səudiyyə Ərəbistanı liqasının klublarından birinə keçə bilər. Matc.az xəbər verir ki, Xorvatiya millisinin üzvü indidən ərəblərdən bir neçə sərfli təklif alıb.
38 yaşlı orta sahə oyunçusu özü də komandasını dəyişməyin tərəfdarıdı. Modriç “kral klubu”nda əvvəlki qədər oyun praktikasına sahib olmamaqdan gileylənir. Bu üzdən mövsümün sonunda Səudiyyə Ərəbistanına köçməsi istisna deyil.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Ulduz futbolçunun madridlilərlə müqaviləsi mövsümün sonuna qədərdi.