15 Fevral 2024, 18:29
FUTBOL
"Real" və PSJ, "Arsenal"ın və Norveç millisinin yarımmüdafiəçisi Martin Odeqardla yaxından maraqlanır.
Matc.az xəbər verir ki, növbəti transfer pəncərəsində transferi həyata keçirməyin son dərəcə çətin olacağı qeyd olunur. Buna səbəb isə, "topçular"ın futbolçusunu buraxmaq istəməməsidir.
25 yaşlı Odeqard 2021-ci ildə "Real"dan İngiltərə klubuna keçib. Onun London təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Bu mövsüm hücumameyilli yarımmüdafiəçi bütün turnirlərdə 30 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onu 90 milyon avro dəyərində qiymətləndirir.