PSJ, "Lill" və Fransanın gənclərdən ibarət komandasının müdafiəçisi Leni Yoro ilə şifahi razılıq əldə edib.
 
Matc.az xəbər verir ki, fransız futbolçu ilə həmçinin "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", "Liverpul", "Bavariya" və "Real" da yaxından maraqlanır.
 
Yoro "Lill"in yetirməsidir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm bütün yarışlarda mərkəz müdafiəçisi 28 oyun keçirib, 3 qol vurub və 3 sarı vərəqə alıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest