"Everton" müdafiəçisi Cerred Brentveyti 50 milyon avroya satmağa hazırdır.
 
Matc.az xəbər verir ki, oyunçu üçün yarışa "Çelsi", "Arsenal", "Mançester Yunayted" və "Tottenhem" daxil olub.
 
Bu mövsüm ingilis futbolçu bütün yarışlarda 27 oyun keçirib, 1 qol vurub və 7 sarı vərəqə alıb. Onun "irislər"lə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. "Transfermarkt" portalı 21 yaşlı mərkəz müdafiəçisini 25 milyon avro məbləğində dəyərləndirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest