15 Fevral 2024, 22:18
FUTBOL
2022-ci ilin sonunda Rusiya klublarının ümumi borcu 589 milyon avro təşkil edib.
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə (koronavirus pandemiyasından əvvəlki dövrdə) 163 milyon (-22%) azdır.
Ümumi borcların sayına görə isə İngiltərə birinci yeri tutub – 7,251 milyard. 2020-ci illə müqayisədə bu rəqəm 1,983 milyard (+38%) artıb.
Sonrakı beşlikdə İspaniya (4,710 milyard), İtaliya (3,962 milyard), Fransa (2,552 milyard) və Türkiyə (1,434 milyard) qərarlaşıb.