Azərbaycan UEFA reytinqində irəliləyib. Matc.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” üzərində (4:2) qələbə qazanması sayəsində gerçəkləşib.

Qalibiyyət Azərbaycana 0,500 əmsal qazandırıb. Nəticədə ölkəmiz 19.625 əmsalla 27-ci pilləyə yüksəlib. Azərbaycan Ağdam klubunun sayəsində Slovakiyanı geridə qoyub. Ümumi əmsalda hər iki ölkə bərabərdi. Lakin cari mövsümdə daha çox xal toplayan Azərbaycan (5,375) 27-ci pillədə qərarlaşıb.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,364) ikinci, İtaliya (83.998) isə üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest