“Bizim günümüz olmadığını qəbul etməliyik. Soyuq başla təhlil edib, vəziyyəti geri çevirməliyik”. Matc.az xəbər verir ki, bunu “Braqa”nın hücumçusu Abel Ruiz deyib. İspaniya millisinin üzvü zəif oynadıqlarını söyləyib.

“Bizim günümüz olmadığını qəbul etməliyik. Soyuq başla təhlil edib, vəziyyəti geri çevirməliyik”. Matc.az xəbər verir ki, bunu “Braqa”nın hücumçusu Abel Ruiz deyib.

24 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a evdə 2:4 hesablı məğlubiyyətə münasibət bildirib.

İspaniya millisinin üzvü zəif oynadıqlarını söyləyib: “İstədiyimiz oyun deyildi. “Qarabağ” üstümüzdən keçdi. Həftəsonu hər şeyi dəyişməli və cavab oyununda buradakından daha çoxunu etməliyik. Bakıda hələ 90 dəqiqə var. Əvvəlcə bütün diqqətimizi çempionat oyununa yönəldəcəyik, sonra oradakı görüş haqqında düşünmək üçün üç günümüz olacaq. Bakıda fərqli şeylər etməliyik. Mərhələ adlamaq üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest