“Müdafiə planında qarşılıqlı köməklik olmalıdı”. Matc.az xəbər verir ki, bunu “Braqa”nın yarımmüdafiəçisi Vitor Karvalyo deyib. 26 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətin səbəblərini izah edib.
“Müdafiə planında qarşılıqlı köməklik olmalıdı”. Matc.az xəbər verir ki, bunu “Braqa”nın yarımmüdafiəçisi Vitor Karvalyo deyib.
26 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətin səbəblərini izah edib: “Bəzi keçidlərimiz bizi ifşa etdi. Rəqib həmin andan necə istifadə edəcəyini bilirdi. İkinci qolu buraxanda inamsızlıq yarandı, rəqibin əks-hücumlarına məruz qaldıq. Bizdə çatışmayan döyüş, fədakarlıq ruhu idi. Cavab görüşündə qalib gəlmək üçün mübarizə aparmalıyıq”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.