“Çox sevincliyik, gözəl nəticədi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya səfərdə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.

Klub rəsmisi 4:2 hesablı qalibiyyətə görə sevinc hissi keçirdiklərini bildirib: “Bu qələbə hamımızın ürəyincə oldu. Ancaq təmkinli, diqqətli olmalıyıq. Cavab qarşılaşmasında komandamıza daha çox dəstək lazımdı”.

Onun fikrincə, Bakıdakı cavab oyunu daha çətin keçəcək: “Komandalar bir-birini artıq yaxşı tanıyır. Təmkinli olmalıyıq. Bakıdakı oyundan da qələbə gözləyirəm. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest